Paşinyan COVİD19a yoluxdu

25.12.2024

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyanda COVİD-19 aşkarlanıb.

Axar.az Report-a istinadən xəbər verir ki, baş nazir bu barədə Feysbuk səhifəsində yazıb.

“Bazar ertəsi, dekabrın 23-də COVİD-19 testimin nəticəsi müsbət oldu. Dekabrın 23-də və 24-də özümü təcrid etdim və yaşayış yerimdən işlədim. Dekabrın 25-də testin nəticələri mənfi oldu və normal iş rejiminə qayıtdım.

Bundan sonra həm də həmkarlarımla məsləhətləşərək, bu gün MDB ölkələrinin liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyəm.

Günün sonuna kimi Avrasiya İqtisadi Birliyi (Aİİ) Ali İqtisadi Şurasının iclasında iştirak edib-etməmək barədə qərar qəbul edəcəyəm”, - baş nazir vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью