Paşinyan da ABŞ də baş verən hadisəyə münasibət bildirib

26.04.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də Ağ Ev müxbirlərinin ənənəvi şam yeməyi zamanı baş verən insidentə münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, Paşinyan sosial media hesabında paylaşdığı açıqlamada hadisədən narahatlığını ifadə edib.
O bildirib ki, insidentdən sonra ABŞ Prezidenti Trampın, birinci xanımın, vitse-prezidentin və tədbirdə iştirak edən digər şəxslərin təhlükəsiz olması sevindiricidir.
Ermənistan baş naziri əlavə edib ki, demokratik cəmiyyətlərdə zorakılığa yer yoxdur və belə hadisələr qəbuledilməzdir. Paşinyan həmçinin ABŞ rəhbərliyinə müraciət edərək, mövcud çətinliklərə baxmayaraq fəaliyyətlərini uğurla davam etdirmələrini arzulayıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev də hadisə ilıə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью