Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bir vaxtlar ağır cinayətlərdə ittiham olunan indiki Baş nazir Nikol Paşinyanın siyasi məhbus olub-olmadığı sualına cavab verə bilməyib.
“Cebheinfo.az” xəbər verir ki, fevralın 4-də keçirilən mətbuat konfransında nazirə belə bir sual verilib: “Əgər Paşinyan siyasi məhbusdursa, deməli, bu məntiqə görə, hazırda həbsdə olan bir çox şəxs, o cümlədən ruhanilər də siyasi məhbusdur?”
Lakin Qalyan bu məsələ ilə bağlı şərh verməkdən imtina edərək, 2008-ci ildə tələbə olduğunu və siyasi proseslərlə maraqlanmadığını, buna görə də şərh verə bilməyəcəyini bildirib.
“Mövcud vəziyyətə gəldikdə isə, ölkədə siyasi məhbus yoxdur və ən yaxşı meyar beynəlxalq təşkilatların hesabatlarıdır”, - deyə nazir bildirib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin