Icma.az bildirir, GlobalInfo portalına istinadən. Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampdan Qəzza Sülh Şurasına qo
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan məlumat verib.
“Baş nazir Nikol Paşinyan ABŞ prezidenti Donald Trampdan Sülh Şurasına təsisçi üzv kimi qoşulmaqla bağlı rəsmi dəvət alıb.
O, bu təklifi məmnuniyyətlə və məsuliyyətlə qəbul edərək, Ermənistanın sülhün təşviqinə sadiqliyini bir daha təsdiqləyib”, – deyə Bağdasaryan bildirib.
Qeyd edək ki, ötən gün ABŞ Prezidenti Donald Trampın administrasiyası Sülh Şurasında daimi yer tutmaq istəyən ölkələrdən ən azı 1 milyard dollar ödəməyi xahiş edib.
Safura Bənnayeva Globalinfo.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.