Paşinyan daha bir yeni nazirin adını açıqladı

20.11.2024

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Hazırda Armavir vilayətinin qubernatoru olan David Xudatyan ərazi idarəetmə və infrastruktur naziri təyin olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.

Xatırladaq ki, bir neçə gün əvvəl keçmiş ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan işdən çıxarılması ilə bağlı ərizə yazıb.

Ermənistan prezidenti Vaqan Xaçaturyan Qnel Sanosyanın ərazi idarəetmə və infrastruktur naziri vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью