Paşinyan delimitasiya haqda: Növbəti ərazini seçmək üçün...

23.11.2024

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“İrəvan və Bakı komissiyanın növbəti iclasında delimitasiya üçün növbəti ərazini seçəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində baş nazir Nikol Paşinyan deyib.

“Ermənistan və Azərbaycan tərəfi öz yanaşmalarını təqdim edib. Növbəti iclasda prosesin harada davam edəcəyinə qərar veriləcək. Bildiyiniz kimi, Azərbaycanda beynəlxalq forum keçirilir. Mən hesab edirəm ki, COP29-dan sonra bu proseslər davam etdiriləcək”, – Paşinyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью