Paşinyan: “Demək istəmirdim, amma çox silah aldıq”

13.11.2025

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Ermənistanın xarici borcu silah alışı səbəbindən artıb.

Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan büdcə layihəsi ilə bağlı çıxışı zamanı müxalifətin suallarına cavabında deyib.

“Bizə deyirlər ki, niyə borc 8 milyard dollara çatdı, bu vəsaitlə nə etdik? Demək istəmirdim, amma deyəcəyəm – silah aldıq. Kredit vəsaiti ilə? Bəli, kredit vəsaiti ilə, çünki çoxlu silah lazım idi”, - Paşinyan bildirib.

Lalə, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью