Cebheinfo saytına istinadən Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan millət vəkili Edqar Qazaryana qarşı iddia qaldırıb. İşə İrəvan Mülki Məhkəməsində hakim Marina Taşçyanın sədrliyi ilə baxılacaq.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məhkəmədən bildirilib ki, Paşinyan Edqar Qazaryanın 27 sentyabr 2026-cı il tarixli müsahibəsində onun barəsində işlətdiyi və iddiaçının böhtan hesab etdiyi ifadəni açıq şəkildə təkzib verməsini tələb edir.
Söhbət Kazaryanın aşağıdakı ifadəsindən gedir:
“Azərbaycanın irəliləməsi, müdafiə xəttinin yarılması və irəliləməsi yalnız 6 oktyabr 2020-ci il tarixində Nikol Paşinyan Stepanakertə (Xankəndi) getdikdən, oradakı komanda məntəqəsində görüş keçirdikdən, geri qayıtdıqdan və düşmənə birbaşa məlumat ötürməyə başladıqdan sonra baş verdi”.
Paşinyan Kazaryanın bu açıqlamanı təkzib etməsini tələb edir və bildirir ki, bu məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil və Ermənistan Respublikasının Baş nazirini nüfuzdan salır.
İddia ərizəsində “News.am” informasiya agentliyi vasitəsilə canlı yayımda təkzib və videoyazı yayımlanması təklif olunur. Bundan başqa, iddiaçı tərəf Edqar Kazaryandan 6 milyon dram təzminat tələb edir.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin