Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, Ermənistan hökumətinin başçısı bu barədə iyulun 27-də Putinlə baş tutan telefon danışığı ilə bağlı sualı cavablandırarkən açıqlama verib.
“Xeyr, təbrik etmədi”, - deyə Paşinyan bildirib.
Məlumata görə, Rusiya Prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı İrəvanın təşəbbüsü ilə baş tutub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşdən sonra tərəflərin ikitərəfli iqtisadi münasibətlərə dair fikir mübadiləsi apardıqlarını bildirib.
İyunun 7-də keçirilən parlament seçkilərinin yekun nəticələrinə əsasən, Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş müqaviləsi” partiyası səslərin 49,7 faizini toplayıb.
İş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku 23,2 faiz, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” bloku isə 9,9 faiz səs əldə edib.
Rusiyapərəst qüvvələr tərəfindən seçki prosesi zamanı Ermənistanda çoxsaylı pozuntuların baş verdiyi ilə bağlı məlumatlar yayılıb. Rusiya da səsvermə dövründə bu məsələlərə "diqqət ayırıb".
Bizimyol.info