Paşinyan dilemma qarşısında: Gələn ay Rusiyaya 3 səfəri var

19.11.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Moskvada Nikol Paşinyana münasibətdə kifayət qədər radikal mövqe nümayiş etdirilir. Dekabr ayında Ermənistan baş nazirini hökumət başçıları və dövlət başçıları səviyyəsində Avrasiya İqtisadi İttifaqının (Aİİ) tədbirlərində iştirak etmək, həmçinin Rusiya rəhbərliyi ilə ikitərəfli danışıqlar aparmaq üçün Rusiya paytaxtına üç səfər gözləyir.
Bizim.Media xəbər verir ki, Paşinyan Moskva ilə münasibətlərdə dostluq mühitinin qorunacağına ümid etdiyini bildirsə də, mövcud məlumatlara görə, Ermənistanı Aİİ-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzləşdiyi vəziyyətə bənzər aqibət gözləyə bilər.
Belə ki, noyabrın 11-də Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilibsə, dekabrın 22-də ölkənin Aİİ-yə üzvlüyünün dondurulması ilə bağlı qərar qəbul edilə bilər.
Xatırladaq ki, mayın 29-da Aİİ-yə üzv üç dövlətin – Belarus, Qazaxıstan və Qırğızıstanın liderləri Ermənistanı Avropa İttifaqı ilə Aİİ arasında seçimlə bağlı referendumun mümkün qədər qısa müddətdə keçirilməsinə çağıran birgə bəyanatla çıxış ediblər.
Paşinyan isə öz növbəsində hazırda belə bir referendumun keçirilməsi üçün əsas görmədiyini bildirib.
Mövcud şayiələrə görə, məhz Ermənistan baş nazirinin bu mövqeyi ölkənin Aİİ-yə üzvlüyünün dondurulmasına səbəb ola bilər. (Mənbə: Hraparak)
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью