Paşinyan din xadimləri ilə bağlı tapşırıq verdi

05.06.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan güc strukturlarına təxminən 50 din xadimindən ibarət siyahı tərtib etməyi və onlar haqqında məlumat toplamağı tapşırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, məqsəd gələcəkdə bu şəxslərə qarşı mümkün tədbirlər planlaşdırmaqdır.

Qeyd edilib ki, hökumətin bütün ermənilərin katolikosu II Qaregin və onun ətrafı haqqında topladığı bir sıra materiallardan patriarxı vəzifəsindən uzaqlaşdırmaq üçün istifadə oluna bilər.

Daha əvvəl Paşinyan sosial şəbəkələrdə Erməni Apostol Kilsəsinin nümayəndələrinə qarşı bir sıra paylaşımlar edib, daha sonra isə yeni katolikos seçilməsinə çağırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью