Azxeber.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan İrlandiyanın paytaxtı Dublində velosiped sürdüyü anları sosial şəbəkə hesabında paylaşıb.
AZXEBER.COM xəbər verir ki, o, paylaşımına "Səhər tezdən günə velosiped sürməklə başladım” sözlərini əlavə edib.
Videoda Paşinyan Dublində velosiped gəzintisinə çıxdığını, hazırda isə qırmızı işıqda dayandığını bildirib:
"Dublində yeni velosiped gəzintisinə çıxmışam. İndi qırmızı işıqdayıq. Hər kəsə gözəl gün arzulayıram, hamınızı sevirəm”, – deyə o qeyd edib.