Paşinyan: Düşünürəm ki, ErmənistanAzərbaycan Delimitasiya Komissiyaları tezliklə bir araya gələcək

19.12.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Ermənistanda və Azərbaycanda delimitasiya komissiyalarının reqlamenti ratifikasiya olunub. Bu isə o deməkdir ki, delimitasiya prosesi davam etdirilməlidir.

APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

“Düşünürəm ki, delimitasiya komissiyaları sərhədin hansı hissəsində delimitasiyanı davam etdirməyə hazır olduğumuzu müzakirə etmək üçün tezliklə bir araya gələcək. Biz burda konkret, konstruktiv işə köklənmişik”, - Paşinyan vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью