Icma.az bildirir, Ayna portalına istinadən.
"Əgər 700 min nəfər - seçicilərin 50 faizindən çoxu - "Nikol, qal" desə, Nikol qalacaq”
Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyəti tələb edərsə, vəzifəsindən getməyə hazır olduğunu bəyan edib. AYNA.AZ xəbər verir ki, Baş nazirin fikirlərini “Armenpress” agentliyi yayıb.
"Əgər 700 min nəfər - seçicilərin 50 faizindən çoxu - "Nikol, qal" desə, Nikol qalacaq. Əgər xalq "Nikol, get" desə, Nikol kimdir ki, istefa verməsin? Nikol xalqın xidmətçisidir", - deyə o bildirib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçiriləcək.