Icma.az, Modern.az saytına istinadən bildirir.
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni kadr təyinatları ilə bağlı iki qərar imzalayıb.
Modern.az xəbər verir ki, Paşinyanın qərarına əsasən, Ermənistanın ABŞ-də sabiq səfiri Lilit Makunts Baş nazir Aparatının rəhbəri təyin edilib.
Makunts bu vəzifədə iyulun 20-də istefa ərizəsi yazan Araik Arutyunyanı əvəz edib.
Digər qərarla Lilit Makunts baş nazirin baş müşavirinin səlahiyyətlərini icra edən vəzifəsindən azad olunub.
Qeyd edək ki, yeni təyinata qədər Lilit Makunts Ermənistanın ABŞ-də səfiri olub. Baş nazir Aparatının əvvəlki rəhbəri Araik Arutyunyan hazırda Ermənistan Milli Assambleyasının IX çağırış deputatıdır.