“Paşinyan Əliyevin ovucunun içindədir”

09.12.2024

Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.

- +

Ermənistanın üçüncü prezidenti olmuş, əli Xocalıların qanına batmış Serj Sarkisyanın rəhbəri olan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan iddia ilə çıxış edib. Tribunainfo.az bildirir ki, o, mediaya açıqlamasında deyib ki, Nikol Paşinyanın Azərbaycandan asılılğı var.

Aşotyanın sözlərinə görə, Paşinyan öz siyasəti ilə Prezident İlham Əliyevin Ermənistanda rahat hərəkət etməsinə imkan yaradıb. O bildirib ki, Ermənistanın baş naziri bütün maneələri aradan qaldırmağa çalışır. “Nikol kompromatlarla partiyasının üzvlərini özünə tabe edib. Əliyev isə Nikolu çox asanlıqla ovcunun içində saxlayır. Bu mənada Nikol Paşinayn Əliyevin “Ağazaryan”ıdır (söhbət erməni deputat Ovik Ağazaryandan gedir-red)”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью