Paşinyan əminliklə bildirdi: Yaxın vaxtlarda Türkiyə ilə...

06.11.2026

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyənin yaxın gələcəkdə diplomatik münasibətlər quracağına əmindir.

Turkustan.az xəbər verir ki, o, bunu 2026-cı ildə keçiriləcək Üçüncü Dünya Erməni Sammitinin iştirakçılarının suallarını cavablandırarkən bildirib.

“Əlbəttə ki, Ermənistan və Türkiyə hələ diplomatik münasibətlər qurmayıblar, amma əminəm ki, bu münasibətlər yaxın gələcəkdə bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin tanınması ilə qurulacaq. Düşünürəm ki, bu, qəbul etməli olduğumuz bir faktdır. Hər halda, mənim belə bir narahatlığım yoxdur və belə bir problemin mövcudluğunu göstərən heç bir obyektiv fakt yoxdur”, - deyə Paşinyan bildirib.

Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər yoxdur, sərhəd 1993-cü ildən bəri bağlıdır./publika.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью