Paşinyan: Ən yaxşı variant Ermənistan Elektrik Şəbəkələrinin milliləşdirilməsidir

25.11.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan "Taşir" şirkətlər qrupunun həbsdə olan prezidenti Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" (EEŞ) QSC-nin tamamilə milliləşdirilməsini ən yaxşı variant hesab edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paşinyan bunu QSC-nin müvəqqəti idarəçisi Romanos Petrosyanla görüşündə bildirib.

"İki variant var. Birincisi, EEŞ-in tam milliləşdirilməsi, bundan sonra hökumətin nəzarəti altında şirkəti idarə edəcək peşəkar menecer dəvət edəcəyik. İkinci variant isə belədir: əgər məlum olsa ki, tam milliləşdirmə maliyyə xərcləri səbəbindən mümkün deyil, o zaman yeni investor cəlb etmək lazım gələcək. Düzünü desəm, mənim üçün ən yaxşı və ən arzuolunan variant birincisidir - EEŞ-in milliləşdirilməsi, lakin bunun maliyyə komponenti var", - o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью