Paşinyan Ərdoğanı təbrik edib: Bayramınız mübarək!

05.06.2025

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Hurriyyet.az "Aysor" nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək onu qurban bayramı münasibəti ilə təbrik edib.
Türkiyə Prezidenti də 2026-cı ilin baharında Avropa Siyasi Birliyinin Zirvə Görüşünün Ermənistanda keçiriləcəyi münasibəti ilə Paşinyanı təbrik edib.
Tərəflər Türkiyə-Ermənistan münasibətləri və regional inkişafla bağlı məsələləri müzakirə ediblər, dialoqun davam etdirilməsi barəsində razılaşıblar.
Hürr Tərcüman

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью