Pasinyan erməni əhalisini real təhlükə ilə bağlı xəbərdarlıq edir

21.03.2026

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

.Ermənistanda İyunun 7-də keçiriləcək parlament seçkiləri region üçün həlledici rol oynayacaq. N.Pasinyan qeyd edir ki, müxalifət -R.Koçaryan hakimiyyətə gələrsə, sentyabrdan başlayaraq Azərbaycanla müharibəyə hazırlaşacaq. Rusiyanın tam təlimatına uyğun olaraq sülh müqaviləsinin mətninə yenidən baxacaq.

Bunu xalqcebhesi.az-a politoloq Məhəmməd Əsədullazadə deyib.

"Göründüyü kimi, N.Pasinyan erməni əhalisini real təhlükə ilə bağlı xəbərdarlıq edir. Həqiqətən də R.Kocaryan Azərbaycanla sülhə qarşıdır. Zəngəzur dəhlizinin açılmasını qəbul etmir və Ermənistanın təhlükəsizliyini Rusiya ilə ittifaqda görür. Qarabağ məsələsini yenidən gündəmə gətirir" - politoloq deyib.

O, qeyd edib ki, bəli, Ermənistan da fors-major situasiyada Rusiyanın bilavasitə dəstəyi ilə R. Koçaryan hakimiyyəti zəbt edərsə, Azərbaycan müharibəyə hazır olmalıdır. Azərbaycan birbaşa Zəngəzura girib, dəhlizi açmalıdır:

"Ermənistanda seçkilərdə N. Pasinyanın qalıb gəlməsi şübhəsizdir. Ermənistan vətəndaşları onu dəstəkləyir. Ermənistan dövlətçiliyinin varlığı 7 İyunda seçkidə tam aydın olacaq".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью