“Paşinyan Erməni kilsəsini sıradan çıxartmağı planlaşdırır” ŞƏRH

27.01.2026

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Ermənistanın hazırkı vəziyyətinə nəzər salsaq, görünür ki, ölkə Rusiya tərəfindən ciddi təsir altında idarə olunur”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Erməni Apostol Kilsəsi tarixi baxımdan açıq şəkildə siyasi və institutsionallaşdırılmış bir qurum olub və hazırda Moskvadan idarə edilərək manipulyasiya aləti kimi istifadə olunur.

Bunun səbəbi ondan ibarətdir ki, Katolik kilsəsi və Vatikan tərəfindən Qareginə kifayət qədər dəstək verilməyib, ABŞ və Avropa İttifaqından isə hələ güclü dəstək yoxdur. Bu səbəbdən Paşinyan bütün bunları hiss edir”.

Deputat qeyd edib ki, Paşinyan, Qareginin yalnız Rusiyadan dəstək aldığını və zəif mövqedə olduğunu nəzərə alaraq, seçkilərə qədər Erməni kilsəsini və onun rəhbərini tamamilə sıradan çıxartmağı planlaşdırır:

“Bu prosesdə cinayət işləri, digər məsələlər, dini ritualların düzgün icra olunmaması, hətta subaylıq əhdinin pozulması kimi ittihamlar gündəmdədir.

Nəticədə, hesab olunur ki, Erməni Apostol Kilsəsi Paşinyanı ciddi şəkildə təhdid edə bilməyəcək”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью