Paşinyan: Ermənistan 2027 və ya 2028 ci ildə Aİ yə üzvlük üçün müraciət edə bilər

03.11.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına üzvlük üçün 2027 və ya 2028-ci ildə rəsmi müraciət etməsinin real olduğunu bildirib.

APA xəbər verir ki, Paşinyan bunu “Euronews”un Aİ-nin genişlənməsi sammitində deyib.

“Gələn il və 2028-ci il real ola bilər. Biz Avropa İttifaqına tamhüquqlu üzvlük üçün rəsmi müraciətin təqdim edilməsinə gətirib çıxaracaq prosesə başlamışıq”, – Paşinyan bildirib.

Ermənistan hökumətinin başçısı Aİ-yə üzvlüyü demokratiyanın qorunması baxımından strateji seçim adlandırıb və ermənilərin ölkənin gələcək istiqamətini müəyyən etməli olduğunu qeyd edib.

Qeyd edək ki, İrəvan hələ Aİ-yə rəsmi üzvlük müraciəti təqdim etməyib. Ermənistan hazırda Avropa Komissiyası ilə viza liberallaşdırılması üzrə dialoq aparır və bu prosesin 2029-cu ilədək başa çatdırılması nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью