Paşinyan: Ermənistan Aİ və Aİİ də eyni vaxtda tamhüquqlu üzv ola bilməz

03.11.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistan gələcəkdə Avropa İttifaqının (Aİ) tamhüquqlu üzvlüyü ilə Avrasiya İqtisadi İttifaqında (Aİİ) mövcud şərtlərlə iştirakını eyni vaxtda davam etdirə bilməyəcək.

APA xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə noyabrın 3-də Brüsseldə Aİ-nin genişlənməsi üzrə sammit çərçivəsində “Euronews”a müsahibəsində bildirib.

O qeyd edib ki, hazırkı qaydalara əsasən, hər iki qurumda üzvlük bir-biri ilə uzlaşmır və xüsusilə gömrük tənzimlənməsi sahəsində ziddiyyətlər mövcuddur.

“Bir məqamda Ermənistan seçim etməli olacaq. Hazırda vəzifəmiz real alternativ yaratmaqdır ki, insanlar hər iki yolun hansı imkanlar açdığını anlayaraq qərar verə bilsinlər”, – Paşinyan vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью