Paşinyan: “Ermənistan Aİİ nin büdcəsinə təxminən 319 milyon...”

07.08.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakının birtərəfli üstünlüklər əldə etməyə deyil, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsinə əsaslandığını inandırıcı şəkildə nümayiş etdirən obyektiv iqtisadi göstəricilərə müraciət etmək istərdim”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan Aİİ-nın Hökunmətlərarası Şurasının Qırğızıstanda keçirilən iclasında belə deyib. 

“2025-ci ildə Ermənistan Aİİ-ın ümumi büdcəsinə təxminən 319 milyon dollar gömrük rüsumu köçürüb. Ermənistanın xeyrinə bölüşdürülən vəsaitin məbləği isə təxminən 175 milyon dollar təşkil edib.

Beləliklə, Ermənistan ümumi büdcəyə aldığından xeyli çox vəsait ödəyib. Bu, bizim Aİİ çərçivəsində məsuliyyətli mövqeyimizin və öhdəliklərimizin vicdanla icrasının  birbaşa təsdiqidir. 

Qarşılıqlı ticarətin dinamikasının göstəricisi də az deyil: 2025-ci ilin sonuna qədər Aİİ üzv ölkələrindən idxal təxminən 5 milyard dollar, eyni dövrdə Ermənistan məhsullarının İttifaq bazarına ixracı isə təxminən 3,2 milyard dollar təşkil edib.

Bu rəqəmlər göstərir ki, Ermənistan təkcə Aİİ-ın ümumi bazarının iştirakçısı deyil, həm də Birliyə üzv dövlətlərdə istehsal olunan mal və xidmətlərin əhəmiyyətli istehlakçısıdır”, - deyə Paşinyan bildirib.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью