Paşinyan Ermənistan dəmir yolu ilə bağlı Rusiyaya çağırış edib

24.08.2026

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dəmir yolu Ermənistan Respublikasının mülkiyyətidir və yalnız "Rusiya Dəmir Yolları"nın nəzarəti altındadır.

Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

“Biz Rusiya Federasiyasına və onun maraqlarına hörmətlə yanaşırıq, lakin Ermənistan dəmir yolu Rusiyanın idarəçiliyi altında olduğu üçün hazırda Ermənistanın beynəlxalq dəmir yolu şəbəkəsinə inteqrasiyası üçün bu tarixi fürsəti əldən vermək riski ilə üzləşirik. Bu tarixi fürsəti əldən verə bilmərik. Rusiya Federasiyasındakı tərəfdaşlarımızdan çevik olmalarını və güzəşt hüququnu həm Ermənistan, həm də Rusiya üçün məqbul olan üçüncü bir ölkəyə satmalarını xahiş edirik”, - Paşinyan vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью