Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.
"İdxal və ya ixracımız əsasən tək bir həlqədən asılı olarsa, bu, problemdir"
“Rusiya Ermənistan məhsullarının idxalına qoyulan məhdudiyyətləri aradan qaldırdıqdan sonra belə, Ermənistan ixracını şaxələndirməyə davam edəcək”. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Hökumət iclasından sonra Paşinyan bildirib ki, "İdxal və ya ixracımız əsasən tək bir həlqədən asılı olarsa, bu, problemdir".
“Diversifikasiya riskləri azaltmaq və dayanıqlığı artırmaq üçün resursları və investisiyaları müxtəlif qurumlar arasında bölüşdürmək strategiyasıdır. Sadə dillə desək, bu, "bütün yumurtaları bir səbətə qoymamaq" prinsipidir”, - Baş nazir əlavə edib.