Paşinyan Ermənistan məktəblərində bunların danışılmasına qadağa qoydu...

17.09.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin təhsil müəssisələrində "tarixi Ermənistan" xülyalarına əsaslanan torpaq iddialarının və irredentist(bax: sonda izah) fikirlərin səsləndirilməsinə qadağa qoyub.

Moderator.az xəbər verir ki,  bu haqda tert.am məlumat yayıb.

"Hərtərəfli Təhlükəsizlik və Dözümlülük" adlı beynəlxalq konfransdakı çıxışında bu mövzuda danışan erməni Baş nazir bildirib ki, gələcək nəsillər xəyali xəritələrlə deyil, beynəlxalq səviyyədə tanınmış 29 743 kvadratkilometrlik sərhədlər çərçivəsində, yəni "Real Ermənistan" konsepsiyası ilə böyüməlidir.

Zəruri izah:

İrredentizm-

Hər hansı bir dövlətin, digər dövlətlərin sərhədləri daxilində qalan və soydaşlarının yaşadığı (yaxud tarixdə keçmiş tərkib hissəsi olmuş) əraziləri özünə birləşdirmək siyasəti və ya ideologiyasıdır.

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью