Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
“Ermənistanın NATO-ya üzv olmaq niyyəti və gələcəkdə bu istiqamətdə planı yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.
Onun sözlərinə görə, İrəvan Dublində keçirilən Avropa Siyasi Birliyinin sammitində imzalanmış Avropanın təhlükəsizliyinin əsas prinsiplərinə dair xartiyaya qoşulmayıb.
“Bizim mövqeyimizi artıq açıq şəkildə ifadə etmişəm. Bəli, Avropa İttifaqına üzvlük prosesinə başlamışıq, lakin siyasətimizdə NATO-ya qoşulmaq və ya bu istiqamətdə məqsəd müəyyənləşdirmək barədə qərar yoxdur”, – deyə Paşinyan bildirib.
Hökumət başçısı əlavə edib ki, Avropa İttifaqındakı tərəfdaşları Ermənistanın bu mövqeyini anlayışla qarşılayıblar.
Bizim.Media