Paşinyan Ermənistan Ordusundakı maaşları AÇIQLADI

28.01.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Ordunun yaradılmasının 34-cü ildönümünü münasibətilə Silahlı Qüvvələrə təbrik mesajı ünvanlayıb.

Modern.az xəbər verir ki, 28 yanvar Ermənistanda Ordu Günü kimi qeyd edilir.

Paşinyan son illlər Ermənistan ordusuna böyük sərmayələr qoyduqlarını, bir sıra islahatlar apardıqlarını bildirib.
“Məcburi hərbi xidmət müddəti 24 aydan 18 aya endirilib. Bu, məcburi hərbi xidmət şərtlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır”, - o vurğulayıb.
Paşinyanın sözlərinə görə, hərbçilərin əmək haqqı ikiqat artırılıb.
Baş nazir orduda sıravi əsgərlərin 700.000 dram maaş aldığını qeyd edib.
“Zabitlərin əmək haqqı isə 1, 1,5 və ya hətta 2 milyon dramdan çoxdur. Bu, hərbçilər, onların ailələri və cəmiyyət üçün vacib bir sosial təminatdır”, - Paşinyan bildirib.
Baş nazir xatırladıb ki, 6 oktyabr 2022-ci ildə Praqada dördtərəfli formatda əldə edilən siyasi razılaşmaya əsasən, Ermənistan Respublikası və Azərbaycan Respublikası 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyır:

“Biz bu strategiyanı ardıcıl olaraq davam etdirəcəyik. Biz açıq şəkildə bildirmişik və bildirməyə davam edirik ki, Ermənistan ordusunun beynəlxalq səviyyədə tanınmış 29.743 kvadrat kilometr ərazisini müdafiə etməkdən başqa heç bir vəzifəsi yoxdur və beynəlxalq müqavilələrə əsaslanan sülhməramlı missiyalarda iştirak etməkdən başqa heç bir vəzifəsi olmayacaq”.
Paşinyan deyib ki, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh bərqərar olub və bundan daha etibarlı təhlükəsizlik qarantiyası yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью