Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan Rusiya ilə münaqişə axtarmır və münasibətlərin qarşılıqlı hörmət və dostluq prinsipləri əsasında inkişaf etməsini istəyir.
Doğru.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında bəyan edib.
“Biz Rusiya ilə qarşılıqlı hörmətə əsaslanan normal və mehriban münasibətlərə malik olmaq istəyirik”, – deyə Paşinyan bildirib.
O, həmçinin qeyd edib ki, hazırda Ermənistan-Rusiya münasibətləri transformasiya mərhələsindədir.
DOĞRU.AZ