Paşinyan: Ermənistan Rusiya ilə münasibətləri pozmaq niyyətində deyil

28.04.2025

Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanla Rusiya arasında münasibətlər qarşılıqlı maraqlara əsaslanır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tallinndə estoniyalı həmkarı Kristen Mixal ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, İrəvan Moskva ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil.

"Ermənistanla Rusiya arasında münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub. Bizim Rusiya ilə münasibətləri kəskinləşdirmək, pozmaq və ya korlamaq niyyətimiz yoxdur. Biz bütün beynəlxalq tərəfdaşlarla yaxşı münasibətlər qurmaq istəyirik", - o deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью