Paşinyan: Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır

23.01.2025

Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistan sülh gündəliyinin irəliləməsində beynəlxalq ictimaiyyətin dəstəyinə ümid edir.

"Report"un erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumunda "Avropanın təsirini necə yaymaq olar" panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan regiondakı ölkələrlə iqtisadi əlaqələri gücləndirmək niyyətindədir. Xüsusilə, Ermənistan təkcə Azərbaycanla deyil, Türkiyə ilə də nəqliyyat əlaqələri qurmağa hazırdır. İrəvan Türkiyə ilə diplomatik münasibətlərin qurulması üzərində işləyir.

O, həmçinin qeyd edib ki, Ermənistan İran və Gürcüstanla da əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью