Paşinyan Ermənistan Türkiyə sərhədlərinin açılmasından danışdı: Zaman məsələsidir

30.10.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Ermənistan-Türkiyə sərhədlərinin açılması və diplomatik münasibətlərin qurulması zaman məsələsidir".

Oxu.Az-ın erməni mediasına istinadən xəbərinə görə, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumu çərçivəsində müzakirələr zamanı bildirib.

O qeyd edib ki, hazırda bunun üçün hər hansı ciddi maneə yoxdur.

Paşinyanın sözlərinə görə, bunun nə qədər tez zamanda baş verəcəyini deyə bilməz. Lakin o əmindir ki, gün gələcək, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaqlar, normal qonşular olacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью