Paşinyan: Ermənistan Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir

01.09.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ermənistan Respublikası Vaşinqtonda Azərbaycanla əldə edilmiş razılaşmalara sadiqdir.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan “ŞƏT+” formatında keçirilən görüşdə çıxışı zamanı deyib.

Çıxış zamanı Paşinyan Ermənistanın Azərbaycanla əldə etdiyi razılaşmalara sadiq olduğunu bir daha bəyan edib: “Ermənistanın əldə edilmiş razılaşmalara sadiqliyini təsdiqləmək istəyirəm və biz bu razılaşmaları mümkün qədər tez həyata keçirmək əzmindəyik. Bütün bunların nəticəsində Ermənistanla Azərbaycan arasında nəinki daxili, ikitərəfli və beynəlxalq əlaqələr açılacaq, həm də Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan bütün dövlətlər, o cümlədən bizim və Azərbaycanın ən yaxın qonşuları üçün yeni logistik imkanlar yaradılacaq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью