Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
“Ermənistan və Azərbaycan artıq elektrik enerjisini üçüncü ölkələrə ixrac edə bilərlər”.
525.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə deyib.
“Hər iki ölkədə artıq elektrik enerjisi beynəlxalq bazarlara potensial çıxış imkanı yaradır. Bu o deməkdir ki, Ermənistan Azərbaycanın elektrik şəbəkəsi vasitəsilə tranzit edə biləcək, Azərbaycan isə Naxçıvana təchizat da daxil olmaqla, Ermənistanın elektrik şəbəkəsindən istifadə edə bilər”, - o söyləyib.
Baş nazir əlavə edib ki, Ermənistanın enerji ixrac potensialı hansısa səbəbdən reallaşdırılmasa belə, ölkəsi ən azı tranzitdən gəlir əldə edəcək.
"Hələlik konkret layihələr açıqlanmayıb, amma siyasi anlaşma var. Biz vəziyyəti təhlil etdik, düşünürəm ki, Azərbaycan da təhlil edib və burada heç bir təhdid görmürük. Əksinə, biz sülhün möhkəmləndirilməsinə xidmət edən iqtisadi imkanlar görürük", - Paşinyan bildirib.
Pərvanə Sultanova