Paşinyan: Ermənistan və Azərbaycan enerji sistemləri birləşdirilir

18.02.2026

Icma.az, Dogru.az saytına istinadən bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin və Azərbaycanın enerji sistemlərinin birləşdiriləcəyini açıqlayıb.

Doğru.az xəbər verir ki, Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib ki, Ermənistan və Azərbaycan enerji şəbəkələrini bir-birinə qoşacaq.

Baş nazirin sözlərinə görə, bu addım iki ölkəyə qarşılıqlı şərtlərlə enerji idxal imkanlarından istifadə etməyə şərait yaradacaq: “Bəli, şübhəsiz ki, Ermənistan və Azərbaycanın enerji sistemləri bir-birinə qoşulacaq və biz qarşılıqlı şərtlər altında idxal imkanlarından yararlanacağıq”.

Bu təşəbbüs regionda enerji əməkdaşlığının inkişafı və enerji təhlükəsizliyinin gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью