Paşinyan: Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması üzrə qarşılıqlı məqbul həll yoluna yaxındır

13.11.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

İrəvan bu günlərdə Bakının sülh müqaviləsi ilə bağlı son təkliflər paketinə cavab verib.

APA xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib.

Paşinyan regional kommunikasiyaların açılması ilə bağlı qərarın ola biləcəyini də qeyd edib: “Ermənistan və Azərbaycan regional kommunikasiyaların açılması üzrə qarşılıqlı məqbul həll yoluna yaxındır. Prinsip etibarilə, bu, Ermənistan və Azərbaycan üçün qarşılıqlı və tamamilə məqbul ola bilər. Biz təklifimizi Azərbaycana yazılı şəkildə çatdırmışıq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью