Paşinyan: Ermənistan və Azərbaycan sərhəddə üçüncü ölkələrin qüvvələrini yerləşdirməyəcək

13.03.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Sülh sazişi imzalandıqdan sonra İrəvan və Bakı Azərbaycan-Ermənistan sərhədində üçüncü tərəf qüvvələrini yerləşdirməyəcək".

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Sülh müqaviləsində Aİ-nin Ermənistandakı mülki missiyası barədə bir bənd yoxdur. Orada söhbət üçüncü qüvvələrin yerləşdirilməməsindən gedir. Bu, həm Ermənistana, həm də Azərbaycana aiddir", - o, sülh müqaviləsi imzalandıqdan sonra avropalı müşahidəçilərin Azərbaycanla sərhədin Ermənistan tərəfindən çıxarılıb-çıxarılmayacağı ilə bağlı sualı cavablandırarkən deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью