Paşinyan: Ermənistan xalqı sülh üçün ayağa qalxdı

16.06.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İyunun 7-də keçirilən parlament seçkilərində Ermənistan xalqı sülh üçün ayağa qalxıb sülhə səs verdi”.

Ölkə.az  xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 16-da parlamentin iclasında 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatın təsdiqlənməsi ilə bağlı müzakirə zamanı bildirib.

"2026-cı il seçkilərindən sonra Ermənistan xalqı sülh üçün ayağa qalxdı", - o vurğulayıb.

Baş nazir qeyd edib ki, Ermənistanla Azərbaycan arasındakı münaqişə başa çatıb: “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması artıq iqtisadi inkişafa yeni təkan verib”.

N.Paşinyan söyləyib ki, insanlar gündəlik həyatlarında iqtisadi artımı görməlidirlər: “Bu səbəbdən mən Ermənistanda pensiyaları artırmaq qərarına gəldim".

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью