Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
Ermənistan yaxın 20 il ərzində Avropa İttifaqının (Aİ) üzvü ola bilər.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Baş naziri Nikol Paşinyanın Dublindəki Beynəlxalq və Avropa İşləri İnstitutunda (IIEA) müzakirələr zamanı verdiyi bəyanata istinadən məlumat yayıb.
"Mən Ermənistanı Avropa İttifaqının tərkibində görürəm", - Paşinyan 20 ildən sonra Ermənistanı necə təsəvvür etdiyi barədə suala cavabında bildirib.
O həmçinin qeyd edib ki, İrəvan bir tərəfdaşla yaxınlaşmaq naminə digərindən uzaqlaşmağa can atmır.
"Ermənistan əvvəllər olduğu və indi də olduğu yerdədir. Ermənistan burada, öz yerində olacaq. Biz hər hansı bir tərəfdaşdan uzaqlaşmaq və digərləri ilə yaxınlaşmaq istəmirik. Biz sadəcə olaraq öz balanslaşdırılmış və balanslaşdıran xarici siyasətimizi yürüdürük", - Baş nazir vurğulayıb.
Paşinyan daha əvvəl bildirib ki, Ermənistan Aİ-yə üzv olmaq üçün 2027 və ya 2028-ci ildə rəsmi müraciət edə bilər.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin