Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistanın baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanlarının ölkədə hakimiyyətin ələ keçirilməsinin qarşısını aldığını bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, bu barədə o, Telegram kanalında İstintaq Komitəsinin bəyanatını dərc edərək yazıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları “kriminal oliqarx din xadimlərinin” Ermənistan Respublikasında sabitliyi pozmaq və hakimiyyəti ələ keçirmək üçün genişmiqyaslı və bədnam planını iflasa uğratdılar”, – deyə baş nazir qeyd edib.
“Hazırda təhlükəsizlik qüvvələri “Müqəddəs mübarizə” müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyanın evində axtarış aparır. O və tərəfdarları hakimiyyəti ələ keçirmək məqsədi ilə terror aktları hazırlamaqda ittiham olunur”, - deyə qeyd edib.
Qadir, Bizimyol.info