Paşinyan: Ermənistanda iki dövlət ola bilməz

16.09.2026

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ermənistanın baş naziri Nikol Paşinyan müxalifət nümayəndələrinə evsiz qalan Qarabağ ermənilərini öz evlərində yerləşdirməyi təklif edib.

Modern.az xəbər verir ki, Paşinyan bunu “Güclü Ermənistan” partiyasının deputatı Areq Ovsepyanın çıxışına cavabında deyib.

Deputat çoxuşaqlı bir ailənin məcburən keçmiş separatçı rejimin İrəvandakı “nümayəndəliyi”nin binasına köçdüyünü xatırladıb. Paşinyan isə İrəvandan kənarda boş yaşayış yerlərinin olduğunu və hökumətin Qarabağ ermənilərinə sosial dəstəyi davam etdirdiyini bildirib.

Baş nazir müxalifətin ölkədəki digər evsiz insanları deyil, yalnız Qarabağ ermənilərini diqqət mərkəzinə gətirməsindən narazılığını ifadə edib.

Paşinyan keçmiş separatçı rejimin İrəvandakı “nümayəndəliyi”nin binasının dövlət balansına veriləcəyini də açıqlayıb:

“Ermənistanda iki dövlət və iki hökumət ola bilməz. Ölkə daxilində ikinci dövlət, ikinci hökumət və ya ikinci parlament yaratmaq cəhdlərinin qarşısını ən sərt üsullarla alacağam”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью