Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı ilə bağlı danışdı

22.10.2026

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan sərhədi keçən Azərbaycan vətəndaşının hərbçilər tərəfindən saxlanılamasına münasibət bildirib.

Gununsesi.info  xəbər verir ki, Paşinyan hadisə ilə bağlı açıqlamasında hərbçilərin həmin şəxsi aşkar etdikdən sonra müvafiq quruma təhvil verdiklərini deyib.

“Bir şəxs sərhədi keçib, hərbçilər onu aşkar edərək Milli Təhlükəsizlik Xidmətinə təhvil veriblər. Onlar yaxınlaşan bir şəxsi görüblər. Onu güllələməli, öldürməli idilər? Burada problem nədir? Onu Respublika meydanında həbs etməyiblər ki…” – Paşinyan bildirib.

Ermənistanın Baş naziri əlavə edib ki, dünyada keçilməsi mümkün olmayan sərhəd yoxdur.

“Dünyada insanın keçə bilməyəcəyi sərhəd yoxdur. Makedoniyalıların dövründən bu günə qədər belə bir sərhəd mövcud olmayıb”, – o qeyd edib.

Qeyd edək ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bu gün yaydığı məlumata görə, 2026-cı il oktyabrın 19-da saat 17:50-də Ermənistanın Tavuş vilayətində Azərbaycan vətəndaşı aşkarlanıb. Qurumun məlumatında bildirilib ki, 1968-ci il təvəllüdlü, Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov aşkarlanıb. Aparılan yoxlama tədbirləri nəticəsində onun yolu azdığı üçün Ermənistan ərazisinə düşdüyü müəyyən edilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью