Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, onun sözlərinə görə, Ermənistan müxalifəti 28 mayda İrəvanda keçiriləcək hərbi paradın guya hakimiyyətin hərbi qüvvələri şəhərə yeridərək seçkilərdən sonra mümkün “postseçki proseslərində” siyasi rəqiblərə qarşı güc tətbiq etmək məqsədi daşıdığını iddia edir.
Paşinyan isə bu iddialara: “Seçkidən sonrakı proseslərdən danışırlar. Ermənistanda postseçki prosesləri ola bilməz, çünki belə proseslər yalnız seçkilərin saxtalaşdırıldığı yerlərdə olur. Seçkilər saxtalaşdırılmırsa, postseçki prosesləri də olmur”, - deyə cavab verib.
Ermənistanda növbəti parlament seçkiləri 7 iyunda keçiriləcək. Seçkilərdə iştirak üçün Mərkəzi Seçki Komissiyasına 19 siyasi qüvvə müraciət edib. Siyahıya 17 partiya və 2 siyasi blok daxil olub, lakin onlardan biri sonradan öz namizədliyini geri çəkərək yarışdan çıxıb.
Məlumatlara görə, seçkilərdə Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası ilə yanaşı, Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku və Narеk Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku da iştirak edəcək. Sahibkar Samvel Karapetyanın yaratdığı “Güclü Ermənistan” blokuna “Güclü Ermənistan”, “Yeni Era” və “Birləşmiş Ermənilər” partiyaları daxildir.
Ermənistan Mərkəzi Seçki Komissiyası 18 mayda bildirib ki, seçkiləri MDB-dən 120 müşahidəçi izləyəcək. Bundan əlavə, ATƏT/DTİHB və Avropa Şurası Parlament Assambleyasının da müşahidə missiyalarının fəaliyyət göstərəcəyi qeyd olunub.
Bizimyol.info