Paşinyan Ermənistanda yoxsulluğun səbəbini açıqlayıb

03.12.2025

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədəki dərin yoxsulluq problemini həll olunmağa yaxın hesab etdiyini bildirib. O qeyd edib ki, bu problemin əsas səbəblərindən biri ehtiyac içində yaşayan vətəndaşlarda “yoxsul olmama bacarığının olmamasıdır”.

Bizimyol.info xəbər verir ki, baş nazirin parlamentdəki çıxışı yerli telekanallar tərəfindən yayımlanıb.

“Bəli, Ermənistanda sosial problemlər və yoxsulluq mövcuddur. Bu yaxınlarda yoxsulluq göstəriciləri dərc olunub və bizim hesablamalara görə nəticələr kifayət qədər yaxşıdır, baxmayaraq ki, metodologiyanın dəqiqləşdirilməsi məsələsi də var. Lakin metodologiyadan asılı olmayaraq, dərin yoxsulluq göstəricisi 0,6% təşkil edir və biz 2021-ci il seçkiqabağı vəd etdiyimiz kimi, ölkədə dərin yoxsulluğun aradan qaldırılmasına çox yaxınlaşmışıq”, – deyə baş nazir qeyd edib.

Paşinyan əlavə edib ki, Ermənistanda yoxsulluğun başlıca səbəbinin işsizlik olduğu dövr artıq keçib. “Ermənistanda yoxsulluq yalnız bir səbəbdən mövcuddur – yoxsul olan insanların yoxsul olmama bacarığının olmaması səbəbindən”, – deyə baş nazir əmindir.

Onun sözlərinə görə, bu problemin həllinin əsas yolu təhsildir. Təhsil insanların əmək bacarıqlarını inkişaf etdirməyə, peşəkarlığını artırmağa və yoxsulluq içində yaşayanların rifahını yüksəltməyə imkan verə bilər. O əlavə edib ki, Ermənistan hökuməti də məhz bu yanaşma ilə sözügedən sosial problemin həllinə çalışacaq.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью