Paşinyan Ermənistanın 20 ildən sonra harada olacağını açıqladı

14.11.2026

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Dublində bəyan edib ki, dekabr ayında Rusiyaya səfər edəcək.

“Dekabrın 3-də, 11-də və 22-də danışıqlar aparmaq üçün Rusiya Federasiyasına səfər edəcəyəm. Ümid edirəm ki, Rusiya ilə münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyik.

Ermənistan eyni zamanda həm Avrasiya İqtisadi İttifaqının (Aİİ), həm də Avropa İttifaqının üzvü ola bilməz.

Bizim əsas siyasi məqsədimiz Ermənistan vətəndaşları üçün alternativ yaratmaq olub və olaraq qalır. Uzun müddət belə bir təsəvvür mövcud idi ki, Ermənistanın başqa seçimi yoxdur. Hətta Aİİ liderlərindən biri açıq şəkildə bəyan etmişdi ki, Ermənistanın Aİİ-dən başqa gedəcək yeri yoxdur. Bu açıqlama isə müəyyən siyasi proseslərə səbəb oldu”, – Paşinyan bildirib.

Ermənistanın 20 ildən sonra necə görünəcəyini təsəvvür etməsi barədə suala cavabında Paşinyan deyib: “Ermənistanı Avropa İttifaqının tərkibində görürəm”.

AzPost.az

Post navigation

Previous: Moskvanın yeni tələbi – NATO Cənubi Qafqazdan çəkilməlidir

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью