Paşinyan: Ermənistanın Aİyə daxil olması barədə qərar ümumxalq referendumunda qəbul edilə bilər

09.01.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan hökuməti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanmasını müzakirə edəcək.

APA-nın Ermənistan KİV-ə istinadən məlumatına görə, bu məsələ üzrə diskussiyaların hökumətin bugünkü iclasında keçirilməsi nəzərdə tutulur.

Ermənistanın baş naziri Nikol Paşinyan məsələyə münasibət bildirib.

O, bəyan edib ki, Parlamentin müvafiq qanunu qəbul edib-etməyəcəyindən asılı olmayaraq, ölkənin sözügedən qurumun üzvlüyü ilə bağlı son qərar ümumxalq referendumunda verilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью