Paşinyan: Ermənistanın Avropa İttifaqına üzvlüyü haqqında qanun Aİİ və Rusiya ilə münasibətlərdə riskləri artırmayacaq

12.02.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın Avropa İttifaqına üzvlük prosesi ilə bağlı qanun Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə münasibətlərdə riskləri artırmayacaq.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu Baş nazir Nikol Paşinyan deyib.

O eyni zamanda qəbul edilən qanunu balanslaşdırılmış siyasətin sübutu adlandırıb:

“Biz çoxsaylı risklərin olduğunu bilirik. Lakin bu qərar həmin riskləri daha təhlükəli yox, daha idarəolunan edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью