Paşinyan Ermənistanın KTMT yə geri dönməsini real saymır

02.04.2026

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan, ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtması ilə bağlı gözləntiləri real hesab etmir.

Bizimyol.info xəbər verir ki, bu barədə o, hökumətdə keçirilən brifinqdə o bildirib.

“Mən demişdim ki, pozitiv dəyişikliklər, yəni KTMT-yə qayıdışla bağlı gözləntini real hesab etmirəm”, - deyə o, qeyd edib.

Əvvəllər Paşinyan qeyd etmişdi ki, Yerevan KTMT-də iştirakını dayandırıb, çünki təşkilatın ölkənin suverenliyi üçün təhdid yaratdığı iddia olunurdu. 2025-ci ilin dekabrında Ermənistanın baş naziri bildirib ki, Ermənistan və KTMT münasibətləri geri dönməz nöqtəyə çatıb. Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan isə Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda Yerevanın KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesabladığını söyləyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью