“Paşinyan Ermənistanın təkcə keçmişinə deyil, həm də gələcəyinə xəyanət edir”

14.02.2025

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin təkcə keçmişinə deyil, həm də gələcəyinə xəyanət edir”.

Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər işlər naziri Vardan Oskanyan deyib.

Onun sözlərin görə, Nikol erməni tarixini yenidən yazmaqla siyasi uğursuzluqlarına haqq qazandırır və millətə ancaq təslim olmaq və məğlubiyyət təklif edir.

Oskanyan qeyd edib ki, Paşinyan 2026-cı il seçki kampaniyasının əsas ideyasının “Real Ermənistan” olacağını bəyan edib. 

“O, erməni xalqının keçmişini unutmasını və Ermənistanı alçaldılmış və ruhdan düşmüş bir dövlət kimi qəbul etməsini tələb edir”, - deyə siyasətçi vurğulayıb.

Daşqın Həsənov
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью